Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssisin yubileyi Misli Premyer Liqasının II turuna təsadüf edib.
Onun rəhbərlik etdiyi “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. 3:0 hesablı qələbə Qurbanov üçün sayca 300-cü olub.
Mütəxəssis bu rəqəmə iki komandada – “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olan Qurbanovun ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.
Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi çempionatdakı ilk qələbəsi 2006-cı il avqustun 6-da qeydə alınıb. Onun debütündə çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
- “Sumqayıt”ın qış hazırlıq planı bəlli olub
- “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb
- “Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı
- "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb