Uzun müddət "Neftçi"nin şərəfini qorumuş "əlcək sahibi" yenidən futbola qayıtdı.
Apasport.az xəbər verir ki, veteran qapıçı Hüseyn Məhəmmədov bundan sonra minifutbol çempionatında çıxış edəcək. Qolkiper "İnter"in çərçivəsini qoruyacaq. Təcrübəli qapıçının bu qərarla bağlı fikrini aldıq:
"Futbol elə bir idman növüdür ki, adam daim oynamaq istəyir. Uzun müddət yaşıl meydanda top qovan bir insan idmanın "şah"ından asan-asan qopa bilmir. Yenidən futbola qayıtmağımın bir neçə səbəbi var. Öncəliklə içimdə hələ də oynamaq eşqi hiss edirəm. Daim meydana çıxıb, oynamaq istəyirdim. Digər səbəb veteran həmkarlarımın israrlı xahişləri oldu. Həmçinin "İnter"in hazırkı turnir cədvəlini nəzərə alıb komandaya və veteran dostlarıma kömək etməyə qərar verdim. İnanıram ki, bu yaşda yenidən çərçivədə dayanmağım həm özüm, həm də klubum üçün faydalı olacaq".
Veteran futbolçunun dediyinə görə "İnter"də çıxış etməsi onun məşqçi işinə mane olmayacaq:
"Minifutbol turnirində çıxışım məşqçiliyimə əngəl deyil. Çünki çempionat oyunları ilə məşqçilik fəaliyyətim fərqli vaxtlardadır. İşim ilə oyunum üst-üstə düşməyəcək. Əgər belə bir hal olsa, komandadan başqa qapıçı həmkarım var, mən olmayanda, qapıda yerimi tutacaq".
Abdulla İsmayıloğlu
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb
- Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib