60-cı böyükhesablı məğlubiyyət
18.08.2025 - 11:21

Misli Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Apasport.az xəbər verir ki, “Sumqayıt” I turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.
Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub. Qərblilər bu göstəricidə antirekordçudur. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.
Qeyd edək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.
- Millimizin futbolçuları üçün danışılmış oyunlara qarşı sessiya keçirilib - FOTO
- Bakıda IV Ənənəvi Minifutbol Turniri davam edir
- Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkü atılıb - FOTO
- "Neftçi" "Zirə" səfərində - YENİLƏNİR
- Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atılıb - FOTO
0
0