Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 2 idmançımız fəxri kürsüdə yer alıb.
Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşib və rəqibinə tam üstünlüklə (11:1) qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Jalə Əliyeva (62 kq) isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda serbiyalı Anna Fabiananı 6:2 hesabı ilə məğlub edərək, Avropa çempionu olub.
Beləliklə, qadın güləşi üzrə millimiz AÇ-ni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Bir gün öncə Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO