Federasiya prezidenti Neftçalada atletlərlə görüşdü
01.03.2022 - 11:02
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Neftçala rayonunun Xol Qarabucaq kəndində gənc idmançılarla görüşüb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, prezident məşq prosesini izləyib, atletlərin müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini dəyərləndirib.
Görüş zamanı ölkəmizdə ağır atletika idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0