İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turniri davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan yığmasının bir cüdoçusu tatami üzərinə çıxıb.
Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlməklə çempion tituluna yiyələnib.
73 kq
Təmsilçimiz ikinci mərhələdən yarışa qatılıb. O, israilli Oron Ginerə qalib gəlib.
1/4 finalda Hidayət almaniyalı İqor Vandtkeni məğlub edib. Yarımfinalda daha bir israilli Toher Butbulla görüşən cüdoçumuz ardıcıl üçüncü qələbə ilə finala yüksəlib. O, həlledici görüşdə Obidxon Nomonovla (Özbəkistan) üz-üzə gəlib və qələbə qazanıb. Hidayət bununla da qızıl medala sahib olub.
Qeyd edək ki, 11 nəfərlə yarışa yollanan millimizin üç üzvü dünən tatami üzərinə çıxıb. Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) “üçlüy”ündən yalnız sonuncu 2-ci yerin sahibi kimi mükafatçılar sırasına düşüb. Yığmamızın daha 5 üzvü medallar uğrunda mübarizəyə sabah qoşulacaq. Bunlar Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelym Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauridir (+100 kq). Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq) koronavirusa yoluxduğu üçün İsraildə karantinə alınıblar.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib