İtaliyada 3-cü yer
23.02.2022 - 12:27
Fevralın 22-də Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən İlya Kostov İtaliyada 18-21 yaş kateqoriyasından olan gənc idmançılar arasında keçirilən Milli Gənclər Yarışında (National Junior Race) iştirak edib.
Apasport.az saytının məlumatına görə, idmançımız slalom üzrə 86,39 xal toplayıb və göstərdiyi nəticəyə əsasən ümumi reytinqdə 9-cu olsa da öz yaş kateqoriyasından olan idmançılar arasında 3-cü yerə sahib olub.
Yarışda İtaliya, Fransa, Norveç və digər ölkələrdən olan 74 idmançı iştirak edib.
İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0