FİFA prezidenti Canni İnfantino Pekin-2022 Qış Olimpiya Oyunlarının qonaqları arasında yer almayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax açıqlayıb.
O bildirib ki, buna koronavirus pandemiyası səbəb olub: “İnfantino ilə söhbət etmişik. Pandemiya ilə bağlı vəziyyətə görə Çinə gəlməyəcək. O, Olimpiadanı Afrika Millətlər Kubokunun keçirildiyi Kamerundan izləyəcək”.
Bax 2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunları barədə də danışıb: “Təşkilatçı ölkənin seçilməyi barədə nə deyəcəyimi bilmirəm. Qərarı komissiya verəcək. Məni iki ay əvvəl məlumatlandırıblar ki, bir neçə maraqlanan tərəf var. Lakin bu prosesin nə vaxt bitəcəyi hələ bəlli deyil”.
Qeyd edək ki, Pekin Olimpiadası fevralın 4-20-də keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib