“İndi yaxşı yatmaq lazımdır. Çünki məşqlər səhər tezdən olur”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.
Pekin-2022 Qış Olimpiya Oyunlarında qısa proqramda 18-ci yeri tutan təmsilçimiz iki gündən sonra sərbəst proqramla bacarığını nümayiş etdirəcək. Litvintsev hazırlığı və əsas hədəfini Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlayıb: “Səhər saat 6-da hazırlıq keçmək ağırdır. Sabah həmişə olduğu kimi bir məşqimiz var. Yarım saat hazırlıq keçəcəyik. Bir gündən sonra yarışa çıxacağıq. Çalışacağam ki, proqramımı yaxşı ifa edim”.
Qeyd edək ki, sərbəst proqramda iştirak edəcək 24 idmançı arasında yer alan Litvintsev tutduğu yerə uyğun şəkildə - 7-ci buz üzərinə çıxacaq. İştirakçıların güclüdən zəifə ardıcıllığı ilə baş tutacaq həlledici çıxışda ikinci qrupun ilk çıxış edəcək.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib