Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri və Yaponiya paytaxtının hakimiyyətinin onlayn formatda görüşü keçirilib.
Apasport.az saytının məlumatına görə, iclasda koronavirus pandemiyası ilə bağlı durum müzakirə edilib.
Qərara alınıb ki, paytaxtda, həmçinin qonşu Tiba, Kanaqava və Saytamadakı yarışlar tamaşaçısız keçirilsin.
Belə qərar Tokioda fövqəladə vəziyyət elan olunduğu üçün verilib.
Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək. Olimpiada isə iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Qeyd edək ki, yarışın açılış və bağlanış mərasimləri də tamaşaçısız, yalnız VİP qonaqların iştirakı ilə baş tutacaq.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək