
Azərbaycan karateçiləri daha bir mötəbər yarışın iştirakçısı olacaq.
Apasport.az saytının məlumatına görə, Dünya Karate Federasiyası (WKF) İrina Zaretska (68 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərlinin (kata) Dünya Oyunlarına qatılacağını təsdiqləyib.
Nüfuzlu multiidman oyunlarının kişi və qadınlar arasında bütün çəki dərəcələri və kata yarışlarının hər birində 8 idmançı olmaqla 96 karateçi mübarizə aparacaq. Bu il ABŞ-ın Birmingem şəhərində qarşıdakı Dünya Oyunlarının karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.
İştirakçılar arasında dünya və qitələrin, eləcə də Olimpiadanın qalib və mükafatçıları yer alıb. Milli komandanın üzvləri yüksək əyarlı medallara namizədlərdən sayılır.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
- Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal qazanıb