"İmişli" ilə matç prinspiallıq baxımından əhəmiyyətli idi".
Bu sözləri apasport.az saytına açıqlamasında Abdullahi Şuaybu deyib.
"Qəbələ"nin futbolçusu "İmişli" ilə görüşü dəyərləndirib: "Rəqibimiz güclü və hazırlıqlı idi. Azarkeşlərimizə də təşəkkür etmək istəyirəm. Qələbə sevincimizi onlarla bölüşdük. Oyun boyu bizi qələbəyə səslədilər. Komanda yoldaşlarımla birgə çox çalışmışdıq. Şükürlər olsun ki, əziyyətimizin bəhrəsini gördük, qələbə qazandıq. Çempionatın son turuna qədər mübarizə aparacağıq. Hər matç bizim üçün çox vacibdir".
Qeyd edək ki, I Liqanın XIV turunun "İmişli" - "Qəbələ" matçı "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb