"Abşeron" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək
19.12.2025 - 11:19
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçiriləcək.
Apasport.az xəbər verir ki, turun son oyun günündə "Abşeron" "Turan Tovuz"la üz-üzə gələcək.
Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarda "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi isə dəqiqləşməyib.
0
0