“Neftçi”nin hücumçusu Vensan Abubakar çempionatda yaranmış fasilədən istifadə edərək Portuqaliyaya səfər edib.
Apasport.az xəbər verir ki, vaxtilə “Porto”nun formasını geyinmiş forvard uzun illər sonra yenidən keçmiş klubunun düşərgəsinə baş çəkib.
Portuqaliya mətbuatının yazdığına əsasən, kamerunlu futbolçu “Draqao” stadionunu ziyarət edib və “Porto”nun prezidenti Andre Villaş-Boaşla görüşüb. Abubakar həmin görüşdən paylaşdığı fotoda səmimi qəbula görə klub rəhbərinə təşəkkürünü bildirib.
Qeyd olunur ki, təcrübəli hücumçunun ötən ilin fevralında Kamerunun paytaxtı Yaundedə yaratdığı akademiya ilə “Porto” arasında gələcəkdə əməkdaşlıq qurula bilər.