"Adana Dəmirspor" “Qarabağ”ın daha bir futbolçusunu istəyir
12.09.2023 - 00:12
"Adana Dəmirspor" “Qarabağ”ın daha bir futbolçusunu istəyir

Türkiyə Superliqasının təmsilçisi "Adana Dəmirspor" Azərbaycan milli komandasının daha bir futbolçusunu transfer etmək niyyətindədir. 

Apasport.az saytına verilən məlumata görə, Adana klubu Rahil Məmmədovu heyətinə qatmaq istəyir. 

Amma bu transferin ən yaxşı halda qışda baş tuta biləcəyi gözlənilir. Bununla bağlı Türkiyə klubunun rəsmiləri "Qarabağ"la danışıq aparacaq. Rahilin "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, "Adana Dəmirspor" ötən həftə millinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi heyətinə qatıb. 

0