Adrian Mutu: “Bu yolda işləyirik” - MÜSAHİBƏ
03.08.2023 - 23:41
Adrian Mutu: “Bu yolda işləyirik” - MÜSAHİBƏ

"Ağır oyun oldu. Hər iki oyuna baxasq, yaxşı oynadıq. Növbəti mərhələyə adlamağa layiq idik"”

Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin “Jelezniçar”la 2:0 yekunlaşan cavab matçında tədricən istənilən komandanı formalaşdırdıqlarını bildirib. Mutu “Beşiktaş”la qarşılaşmalrın maraqlı keçəcəyini qeyd edib: “"Beşiktaş" güclü rəqibdir. Maraqlı və gərgin oyunlar olacaq. Amma bu görüşədək çempionatda oyunumuz var. Sabahdan etibarən həmin matç haqda düşüncəyik. Bugünki komandanın "Neftçi"nin neçə faizi olduğuu deyə bilmərəm. Amma bu yolda işləyirik. Yavaş-yavaş formamızı bərpa edəcəyik”.

- Mərkəz hücumçusu bölgəsində problem görünür. Hədəfiniz kimdir?
- Hazırda iki gənc hücumçumuz var. Buna baxmayaraq, Qyeni də gətirmək istəyirik ki, rəqabət artsın. Bir az zaman lazımdır. Amma daha çox istədiyimizi gətirməyə çalışırıq.

- Gələn futbolçular gedən futbolçulardan səviyyəcə çoxmu üstündür?
- Oyunçuları müqayisə etmək istəməzdim. Hər məşqçinin işinə hörmətlə yanaşıram. Çox şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm.

- Azər Əliyevin durumu necədir?
- Dirsəkdən zədə alıb. Xəstəxanadadır. Ümid edirəm ki, tez sağalacaq.

- "Tirana" - "Beşiktaş" matçı davam edir. Hansı komanda ilə qarşılaşmaq istəyərdiz?
- Sözün düzü, mənim üçün hansısa rəqibin əhəmiyyəti yoxdur. Çalışacağıq ki, öz oyunumuzu oynayaq və inkişaf edək.

- Sizdən əvvəlki məşqçilər yerli futbolçuların səviyyəsi ilə bağlı müəyyən problemləri dilə gətirirdi. "Neftçi" yerli və legionerlərlə Premyer Liqada çempion olmağa hazırdı?
- Yerlilər barədə şikayət etmək istəmirəm. Heyətdə çox güclü və təcrübəli yerli futbolçular var. Oyunçularım tapşırıqlarımı yaxşı qavrayır və yerinə yetirirlər. Qarşımıza qoyulan məqsəd titul qazanmaqdır. Bu heç də asan iş deyil və uzun yoldur. Hara kimi gəlib çıxa biləcəyimizi deyə bilmərəm. Amma hər oyunda 100 faizimizi meydanda verəcəyimizə söz verirəm.

- Ervin Koffinin vəziyyəti nə yerdədir və hazırlığı sizi qane edir?
- Koffi zədəlidir. Buna baxmayaraq kollektivlə birlikdə olmasını istərdim. Biz ailəyik və  birlikdə olmalıyıq. Hətta Qara Qarayev və digər zədəlilər də bizimlə birlikdədir.

- Qara Qarayevin "Neftçi"də vitse-kapitan olmaq imkanı var?
- Qara çox yaxşı oyunçudur. Milli üçün də önəmli futbolçulardan biridir. Hazırda komandanın kapitanı var. Bu, Emin Mahmudovudr. Onlar dost, qardaş kimidilər. Kapitan sarğısını kimin daşıdığının önəmi yoxdur. Əsas məsələ Qara və ya digər komanda üzvlərinin lider kimi davranıb, öz bacarıqlarını göstərməsi önəmlidir. Digər güclü oyunçularımız da var.

 

0