Adrian Mutu: “Çətin periodu adlayacağıq” – MÜSAHİBƏ
14.08.2023 - 22:31
Adrian Mutu: “Çətin periodu adlayacağıq” – MÜSAHİBƏ

“Fiziki sarıdan bizim üçün çətin perioddur”.

Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Səbail”lə oyundan sonra deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasınln II turunda “Səbail”lə 1:1 hesabı ilə başa çatan oyundan sonra komadasının fiziki hazrlığına toxunub. Mutu vaxta ehtiyac olduğunu bildirib: “Fiziki baxımdan bizim üçün çətin oyun idi. Çünki komandada yorğunçuluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Buna görə, oyunun ritmi bizim üçün çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra bir gün etibarı ilə növbəti oyuna çıxacağıq. Futbolçuları lazımı səviyyədə oyunlara hazır etmək üçün kifayət qədər vaxtımız yoxdur".

- Bu həftə "Sabah"ın liqadakı oyunu təxirə salındı. PFL-dən bildiriblər ki, "Qarabağ" və "Neftçi"yə də bununla bağlı təklif irəli sürülüb, imtina edilib. Bu məsələyə necə münasibət bildirəcəksiz?
- Bu oyunu təxirə salmaq gec idi. "Beşiktaş"la oyundan öncəki matçı təxirə salmaq olardı. Oyunun təxirə salınması ilə bağlı müraciət etmişdik ki, amma bizə yox cavabı gəldi. Digər komandalara nəzərə yetirsək, 5 matçoyun ardıcıl evdə oynayan komandalar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin periodu adlayacağıq. Millilərə görə verilən fasilədən yararlanıb, intensiv yaxşı məşqlər edib, komandanın durumunu daha da yaxşılaşdıracağıq. Çoxlu enerji itirmişik. "Jelezniçar"la ev oyunundan sonra belə oldu. Növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Sonra səfərə getdik, Gəncədə uduzduq, qayıtdıq. "Beşiktaş"la oyunda da sona qədər mübarizə apardıq ki, bərabərliyı nail olaq. Hətta bugünkü oyunda belə rəqibin qapısına gəlib çatdıqda, yorğunçuluq görünürdü. Kifayət qədər hücumu effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq. Bakı yanacaqla dolduracağıq ki, qarşıdakı oyunlardan səmərəli istifadə edək.

- Saron Olanare birinci yarıda meydanda görünmədi. Onu niyə əvəzləmədiz?
- Aaronun artıq çəkisi yoxdur, sadəcə bədəni belədir. Onun mühakimə etməyimiz düzgün olmaz. Bizimlə cəmi 3 məşq edib. Onu əvəzləyəcək digər 9 nömrəli oyunçumuz yoxdur. Öncəki oyunlara nəzər yetirsəniz, Andre Şinyaşiki və Ozobiçi həmin mövqedə yoxlamışam. Yeni transferləri gözləyirik. Onlar gələndən sonra daha yaxşı olacaq.

- İlk iki turda xal itirmisiniz,  növbəti turda "Sabah"la oynayacaqsız. "Neftçi"dən nə gözləyək?
- Onların Belqrad səfəri var. Mənim üçün vacib olan amil odur ki, əlimdəki oyunçulara kifayət qədər zaman verim və onlar formasını bərpa etsin. Hansı periodda olduğumuzu anlayıram və fiziki hazırlığımız ürəkaçan deyil. Biz bunu qəbul edirik. Öz üzərimizdə işləyiirk ki, milli fasilədən yaxşı istifadə edək. Hər oyunda olduğunu kimi, "Sabah"la qarşılaşmada da qələbə gözləmək lazımdır. Rəqib yaxşı komandadır. "Beşiktaş"la oyunda da ikinci hissəni çox yaxşı keçirdik. Hətta bu gün oyunda sürəti təyin edən komanda biz idik. Baxmayaraq ki, sürət görmək istədiyim durumda deyildi. Bir neçə dəfə epizodumuz oldu, amma bəxtsizlikdən qol vura bilmədik. Hazırda komanda 50 faizini nümayiş etdirir.

- Emin Mahmudov meydandan çıxanda kapitanlıq sarğısını Qara Qarayevə yox, Rəhman Hacıyevə verdi. Bunu siz istəmişdiz, yoxsa Eminin öz qərarı idi?
- Mənim tərəfimdən verilən qərar deyil, oyunçular öz arasında danışıb verib. Qara da meydandaydı, amma o, komandaya yeni qoşulub.

- Oyunun 20 dəqiqəsində Qaraya nəsə deyirdiz. Daha yüksək performans göstəriridiz ondan, yoxsa narazı idiz ondan? 
- Meydanda onun mövqeyini düzəliş edirdim. Siz də başa düşməlisia ki, Qara son zamanlar çox dəqiqə ala bilmir. O da oynamalıdır ki, istədiyi ritmi ala bilsin. Ondan gözləntim daha da çoxdur, çünki güclü oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi, Kilan da zədəlidir. Görünür ki, komanda yaxşı toplanış keçməyib. Biz də reallığa düz baxmalıyıq. Üzərimizdə hələ çox işləməli olduğumuzu bilirik. Sizə söz verirəm ki, qarşıdakı periodda daha yaxşı məşq edəcəyik, daha yaxşı oynayacağıq. Meydança amili də komandaya ağırlıq verirdi, istədiyimiz oyunu göstərə bilmirdik. Bu cür oyunlarda qələbə qazanmaq süçün yüksək ritm tətbiq etməlisən. Çünki rəqib bütün komanda ilə 25 metrlik məsafədə oynayırdılar. Aşağı ritmlə bu müdafiəni yarmaq çox çətin idi. Bu cür ritmi tətbiq etmək üçün komanda daha hazırlıqlı olmalıdır. Hər iki komandanın strategiyası müdafiədə dayanıb, əks-hücumlardan istifadə etmək idi. Rəqibə aid meydançaya çox güc sərf edəndə, özünə aid meydançanda boşluqlar buraxırsan. Üzücü məqam odur ki, bunu bilirdik və hazırlaşmışdıq. Əks-hücumların birində qapımızda qol gördük.

- Son dəqiqələrdə çox əsəbi idiz. Futbolçular istədiyiniz edə bilmirdi, yoxsa səbəb nə idi?
- Çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda belə udmaq istəyirəm. Futbolu çox sevirəm, bu idmana çox həssas yanaşıram. Görəndə ki, komandam qola çevirə bilmirik, bu, məni özündən çıxarır. Bu kluba, oyunçulara inamım çox böyükdür. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər.
 

0