Adrian Mutu: “Məqsədim “Neftçi”ni layiq olduğu yerə qaytarmaqdır”
11.07.2023 - 14:01
Adrian Mutu: “Məqsədim “Neftçi”ni layiq olduğu yerə qaytarmaqdır”

“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni rumıniyalı baş məşqçisi Adrian Mutu deyib. 

O, Bakı klubunun “sükanı arxasına” keçməsindən şərəf duyduğunu bildirib: “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

Qeyd edə ki, “Neftçi” Mutu ilə 2 illik müqavilə imzalayıb. 
 

0