Adrian Mutu Renat Dadaşovun məşqçisi ola bilər
16.09.2024 - 10:22
Adrian Mutu Renat Dadaşovun məşqçisi ola bilər

Türkiyə Birinci Liqa klublarından "Ankaragücü"ndə baş məşqçi vəzifəsinə iki namizəd müəyyənləşib.

Apasport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi komanda "Neftçi"nin sabiq çalışdırıcısı Adrian Mutu ilə maraqlanır. 

Baş məşqçi postuna bir digər namizəd isə Ömer Erdoğandır. 

Hər iki məşqçi ilə danışıqlar davam edir. Rəhbərlik qısa müddətdə iki namizəddən biri ilə bağlı qərar verəcək.

2023/24 mövsümünün birinci yarısında "Neftçi"də çalışan Mutu sonuncu dəfə “Kluj”u çalışdırıb. Daha əvvəl "Ankaragücü"nü çalışdıran Ömər Ərdoğan isə son olaraq "Alanyaspor"da işləyib. 

0