Adrian Pit Regekampfın “Neftçi”dən göndərilməsinin səbəbini açıqladı - MÜSAHİBƏ
24.06.2023 - 13:07
Adrian Pit Regekampfın “Neftçi”dən göndərilməsinin səbəbini açıqladı - MÜSAHİBƏ

"Roma" və "Xəzər Lənkəran"ın sabiq rumıniyalı futbolçusu Adrian Pitin apasport.az saytına müsahibəsi 

- “Neftçi” Laurentsiu Regekampfla yollarını ayırdı. Yəqin ki, bu  sizin üçün gözlənilməz olmadı?
 - Futbolda gözlənilməz heç nə olmur. Hər halda, "Neftçi" mövsümü üçüncü pillədə başa vurdu ki, bu da onlar kimi komanda üçün normal deyil. Müqaviləni imzalamamışdan əvvəl onu hədəf qoymuşdularsa və o, istədikləri nəticələri qazandıra bilmədisə, getməsi normaldır.

- Sizcə Regekampf niyə “Neftçi”də uğurlu ola bilmədi? 
- Düşünürəm ki, onunla müqavilə imzalayanda qarşısına şərt qoymuşdular. Bəlkə də, heç olmasa uzun illərdir Premyer Liqada hegemonluq edən “Qarabağ”ı taxtdan salmaq və ölkə kubokunu qazanmaq istəyirdilər. Amma bunlar heç biri reallaşmadı, klub kuboku qazana bilmədi, çempionatda turnir cədvəlini də üçüncü pillədə başa vurdu. Belədə baş verənlər aydındır. 

- Onun yaşı çox olmasa da, artıq bir neçə komandalarda çalışıb. Sizcə bu nədən irəli gəlir? 
- Fikrimcə, futbolda hər zaman məşqçi kimi nəticə lazımdır. Bəlkə də indiyə qədər çox yaxşı uğur əldə etməyib. Buna görə də komandalardan tez gedir. 

- “Neftçi”dəki uğursuzluq ona klub tapmağa mane olacaqmı? 
- Tez bir zamanda komanda tapacağına əminəm. Bu günlərdə hansısa komanda ilə müqavilə imzalasa, sizə özüm xəbər verəcəm (gülür). "Universitetya Krayova" ilə anlaşacağı gözlənilir.

0