“Mutunun "Neftçi"ni çalışdıra biləcəyi haqda çıxan xəbərləri oxumuşam. Sadəcə maraqlıdır ki, bu, doğrudur?”.
Bunu apasport.az saytına “Xəzər Lənkəran”, “İnter” (indiki “Şamaxı”) və “Zirə” klublarının sabiq rumıniyalı futbolçusu Adrian Skarlatake deyib.
O, ölkəsinin mətbuatında “Rapid” (Buxarest) klubunun baş məşqçisi, tanınmış veteran futbolçu Adrian Mutunun “Neftçi”ni çalışdıracağı ilə bağlı dərc edilən xəbərlərə münasibət bildirib. Bir neçə gün əvvəl Rumıniyada “Arges” klubuna keçən Skarlatakenin sözlərinə görə, çalışdırıcının Azərbaycana getməsinə hələlik inanmır: “Açığı, xəbərlərin doğru olub-olmadığını bilirəm. Hər halda, yaxın vaxtlarda bilinər. "Rapid"lə müqaviləsi var. Amma buna baxmayaraq, məncə, onlar Mutunun "Neftçi"yə gedişinə şərait yaradarlar, yəni onu buraxarlar. O, gənc məşqçidir. "Rapid"də çox yaxşı işlər ortaya qoyub. Perspektivli məşqçilərdən hesab olunur. Ona görə də, Mutunun "Neftçi"də də uğurlu ola biləcəyini düşünürəm. Hər şey reallaşsın, sonra baxarıq. Məncə, Mutu köməkçiləri ilə birlikdə "Neftçi""yə uğurlar qazandıra bilər".
Qeyd edək ki, Laurentsiu Regekampfla yollarını ayıran “Neftçi”də baş məşqçi postu boşdur.
- Təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu 2026-cı ildə keçiriləcək
- Ertem Şener "Zirə"nin qonağı olub - FOTO
- FIFA reytinqi: Azərbaycan millisi ili 74-cü pillədə başa vurub
- U-19 millimizin rəqibləri bəlli olub
- Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib