Adrina Mutu: “Azlıqda qalsaq da...” – MÜSAHİBƏ
27.08.2023 - 21:06
Adrina Mutu: “Azlıqda qalsaq da...” – MÜSAHİBƏ

"Çətin oyun oldu. Amma üç xalı qazandıq”.

Apasport.az-ın məllumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının IV turunda “Qəbələ” ilə  2:0 hesabı ilə başa çatan oyunda çoxlu qol vəziyyətləri yaratdıqlarını bildirib: “Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratmağı bacardıq".

- Sol cinah müdafiəçisi transfer etməyi planlaşdırırsız?
- Kenni Sayefin bu gün oyununda problemlər olduğunu düşünmürəm. Özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə oyunçu düşünmürük.

- Demişdiz ki, sağ cinah vingeri və hücumçu transfer edəcəksiz. Məsələ nə yerdədir?
- Bəli, belə fikirimiz var. Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər bitəcək.

- Premyer Liqada bir ayı geridə qoyursunuz. Gələcəklə bağlı hədəfləriniz nədir və nəyə ümid edirsiniz?
- Düşünürəm ki, qarşıda qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənar qalmışıq. Daxili oyunlara köklənmək üçün daha çox vaxtımız var.

- Həm "Səbail", həm də bu gün oyunçularınız fair-play nümayiş etdirmədi. Bu nədən irəli gəlir?
- Çox oyunçu bundan sui-istifadə edərək yerdə vaxt aparır. Hesab 0:0 olarkən vaxt aparırlar. Amma hesabda 0:1 geriyə düşən kimi vəziyyət dəyişir, əksini görürük.
 

- Ötən mövsüm Laurentsiu Regekampf da rumıniyalı futbolçu transfer etmirdi. Siz də, həmyerlilərinizə ehtiyac duymursuz. Bu nə ilə əlaqədardır?
- Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olub, ya da müqavilələri var.

- Rza Cəfərov haqda fikriniz necədir?
- Gənc oyunçular haqda şərh vermək istəmirəm. Bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olacaq, o, nəticə çıxaracaq. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər.

- "Neftçi"yə baş məşqçi təyin olunduqdan bu yana Rəhman Hacıyevə şans verirsiz, qollar vurur. Ondan gözləntiniz nədir?
- Çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək.

0