AFFA Elmar Baxşıyevin cəzasını və cəriməsini açıqladı
07.09.2023 - 12:38
AFFA Elmar Baxşıyevin cəzasını və cəriməsini açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının V turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvlərinin müzakirələrindən sonra turun xoşagəlməz hadisələrinə hüquqi qiymət verilib.

“Sabah” – “Turan Tovuz” oyununda ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 700 manat cərimə edilib.

“Qəbələ” – “Zirə” oyununda qonaqlar 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 700 manat ziyana düşüblər. Baş məşqçi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” əlavə olaraq 800 manat cərimə edilib. 

Qarşılaşmada “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə onlar da 700 manat ödəyəcəklər.

“Kəpəz” – “Araz-Naxçıvan” görüşündə gəncəlilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 700 manat cərimələniblər.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə bakılılara 800 manat cərimə kəsilib. 

0