AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
21 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 46);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 25500 manat cərimə edilsin (maddə, 45.3, 51.2, 53.3, 87.1);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 18000 manat cərimə edilsin (maddə 45.3, 52.4);
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 45.3)
5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 9 nömrəli futbolçusu Amil Yunanov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);
5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 27 nömrəli futbolçusu Elnur Mirzəyev rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 1200 manat cərimə edilsin (maddə 53.3, 11.3)
6 may 2026-cı il tarixində I Liqada XXV turun “Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Zaqatala” komandasının 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);
6 may 2026-cı il tarixində I Liqada XXV turun “Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Səbail” komandasının 9 nömrəli futbolçusu Ruslan Voronsov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3).