![AFFA “Neftçi”, “Zirə”, “Səbail” və “Kəpəz”i cərimələdi](https://apasport.az/storage/news/2025/february/12/big/67ac87a47daa767ac87a47daa8173936016467ac87a47da9b67ac87a47daa6.jpeg)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
5 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
6 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilsin (maddə 37);
6 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilsin (maddə 51.2);
10 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” klubunun heyətində 4 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilsin (maddə 37);
06.02.2025-ci il tarixində I Liqada XIII turun MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilsin (maddə 37);
06.02.2025-ci il tarixində I Liqada XIII turun “İmişli” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” komandası 50 manat cərimə edilsin (maddə 70.1);
06.02.2025-ci il tarixində I Liqada XIII turun “Difai” – “Qəbələ” oyununda “Qəbələ” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Qəbələ” klubu 100 manat cərimə edilsin (maddə 91);
07.02.2025-ci il tarixində I Liqada XIII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 75-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 43.4);
07.02.2025-ci il tarixində I Liqada XIII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 1 nömrəli futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilsin (maddə 43.3);
6 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Neftçi PFK oyununun 69-cu dəqiqəsində Masallı PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov Neftçinin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə Abdulla Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılsın (maddə 40.10, 40.11);
6 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Neftçi PFK oyununda təhlükəsizlik təmin edilmədiyinə görə VƏTƏN İOEUGFMPHŞ komandası müstəsna hal olaraq 500 manat cərimə edilsin (maddə 1);
6 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Neftçi PFK oyununun 69-cu dəqiqəsində Neftçi PFK-nın komanda rəsmisi Rəşad Hüseynov Masallı PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılsın (maddə 40.11, 1);
6 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Neftçi PFK oyununda baş verən insidentlə bağlı VƏTƏN İOEUGFMPHŞ komandasının rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilsin (maddə 11);
6 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Neftçi PFK oyununda baş verən insidentlə bağlı Neftçi PFK komandasının rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilsin (maddə 11);
5 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK –Dinamo(Bakı) oyununda Araz Naxçıvan PFK komandasının baş məşqçisi Elşad Məmmədov qarşılaşmanın 60-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 42.4);
5 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Səbail PFK –Kəpəz PFK oyununda Səbail PFK komandasının heyətində 16 nömrəli futbolçu Bəşir Əhmədov qarşılaşmanın 84-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
8 fevral 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy –Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində 5 nömrəli futbolçu Taofiq Oluwasegun Akewusola qarşılaşmanın 90-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 41);
8 fevral 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Turan Tovuz FK –Zirə PFK oyunu bitdikdən sonra Turan Tovuz FK komandasının heyətində 2 nömrəli futbolçu Hüseyn Mirzəyev təcavüzkar davranışa görə (rəqibi vurduğuna) qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
8 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən European Football Academy –Sabah FK oyununda European Football Academy komandasının heyətində 2 nömrəli futbolçu Mustapa Nəzərov qarşılaşmanın 61-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
9 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK –Zirə PFK oyunu oyununda Zirə PFK komandasının komandasının heyətində 4 nömrəli futbolçu Raul Paşayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın (maddə 43.1).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
- “Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu
- Branimir Subaşiç: "Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir..." - Müsahibə
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
- Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən beynəlxalq turnirdə
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda