AFFA-nın baş katibi Fransada bir sıra görüşlər keçirib
09.04.2025 - 17:52

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
Apasport.az xəbər verir ki, Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.
O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Qavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə Azərbaycanda futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- AFFA nümayəndəsi Almaniyada tədbirə qatılıb
- "Neftçi"nin yeni üçüncü forması - FOTO
- "Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO
- Hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir
0
0