AFFA-nın baş mütəxəssisi UEFA-dan təyinat alıb
06.03.2024 - 14:17
![AFFA-nın baş mütəxəssisi UEFA-dan təyinat alıb](https://apasport.az/storage/news/2024/march/06/big/65e8410f9633165e8410f96332170971982365e8410f9632f65e8410f96330.jpg)
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Z.Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.
- “Kəpəz”in futbolçuları üçün seminar keçirilib
- AFFA “Neftçi”, “Zirə”, “Səbail” və “Kəpəz”i cərimələdi
- “Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu
- Branimir Subaşiç: "Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir..." - Müsahibə
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
0
0