AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni təyinatlar olub
15.09.2026 - 21:31
AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni təyinatlar olub

AFFA-nın struktur dəyişiklikləri çərçivəsində şöbənin rəhbərliyinə və mətbuat xidmətinə yeni kadrlar cəlb edilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Təyinatlara əsasən, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini Murad Axundov icra edəcək. AFFA-nın yeni mətbuat katibi vəzifəsinə Aida Əliyeva, aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsinə isə Kənan Səfərəliyev təyin olunub.