AFFA "Turan Tovuz"u yenə cərimələdi
07.03.2025 - 12:24

AFFA "Turan Tovuz" klubunu cərimələyib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna Misli Premyer Liqasının XXV turunda "Zirə" ilə görüşdə Tovuz təmsilçisinin azarkeşləri tərəfindən kənar əşya atılması səbəb olub. Klub azarkeşlərin hərəkətinə görə 800 manat ziyana düşüb.
Qeyd edək ki, daha əvvəl AFFA İntizam Komitəsi "Turan Tovuz"u 20 min manat cərimələmişdi.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
0
0