Afrika Kubokunun qalibi "Neftçi"də - RƏSMİ
26.09.2025 - 17:07
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, komanda İfeanyi Metyunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. Nigeriyalı futbolçu 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. O, Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.
- Rəhim Həsənovdan etiraf: ELÇİN MƏSİYEV YANLIŞ QƏRAR VERİB - VİDEO
- “Mingəçevir” oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
0
0