“Ağ-qaralar”ın duelində “Neftçi” uduzdu - YENİLƏNİB
10.08.2023 - 22:58
“Ağ-qaralar”ın duelində “Neftçi” uduzdu - YENİLƏNİB

“Neftçi” bu gün növbəti avrokubok matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Beşiktaş"la qarşılaşıb.

“Neftçi Arena”da baş tutan görüş qonaq komandanın qələbəsi ilə başa çatıb. Oyunun əvvəlində iki qol vuran "Beşiktaş" böyük üstünlük qazanıb. Abubakar və Muleka fərqləniblər. Fasilədən sonra Salih fərqi üçə yüksəldib. "Neftçi"nin gücü buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb. Lebon paytaxt klubuna ümid verən qolu vurub.

Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust
21:00. “Neftçi” (Azərbaycan) – "Beşiktaş" (Türkiyə) - 1:3
Qollar:
Lebon, 79 - Abubakar, 14. Muleka, 24. Salih, 62
Neftçi: 1. İvan Brkiç, 21. İsmayıl Zülfüqarlı, 44. Yuri Matias, 4. Mark Tamaş, 19. Azər Salahlı, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 27. İsmayıl Yusifli, 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 82. Rüfət Abbasov, 37. Elton Əlibəyli, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 25. Aaron Olanare, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Beşiktaş: 34. Mert Günok (k), 24. Valentin Rozye, 12. Daniel Amarti, 77. Umut Meraş, 6. Omar Kolli, 19. Amir Haciahmetoviç, 4. Onur Bulut, 8. Salih Uçan, 83. Jedson Fernandes, 40. Cekson Muleka, 10. Vensan Abubakar.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 90. Semih Kılıçsoy, 17. Kerem Kesgin, 41. Oğuzhan Akgün, 3. Fransisko Montero, 7. Ante Rebiç, 20. Necip Uysal, 21. Demir Tıknaz, 23. Kartal Yılmaz, 71. Jan Onana, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
Baş hakim: Lukas Fahndrix  (İsveçrə)
Bakı. “Neftçi Arena”

0