Albert Riera: “İlk oyundan sonra belə hiss yarandı ki…”
16.07.2025 - 17:31
Albert Riera: “İlk oyundan sonra belə hiss yarandı ki…”

Sloveniyanın “Selye” komandasının baş məşqçisi Albert Riera Avropa Liqasının I təsnifat mərhələsində sabah “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bunları deyib:

“İlk oyundan sonra belə hiss yarandı ki, standart vəziyyətlərdə zəifik. Buna görə oyunöncəsi hazırlıqda buna diqqət etdik. Problem var və onu həll etməyin yolunu bilirsənsə, artıq problem sayılmır. Mövsümə qələbə ilə başlamağımız vacib idi. Bunun psixoloji cəhətdən önəmi böyük oldu.

“Sabah”la oyuna yaxşı hazırlaşmışıq. Rəqib ilk oyunun birinci hissəsində meydanda yaxşı mövqe tutmuşdu. Amma “Selye” həmişə ikinci oyunlarda daha yaxşı olur. Çünki matçlar arasındakı fasilədə rəqiblərimizi daha yaxşı təhlil edə bilirik”.

Qeyd edək ki, "Selye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.