Allaş-Bezus duelində “Qəbələ” uduzdu
27.07.2023 - 21:57
Allaş-Bezus duelində “Qəbələ” uduzdu

“Qəbələ” Avropa kuboklarına start verib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Omoniya”nı qəbul edib.

Kipr təmsilçisi ilə Qəbələdə keçirilən qarşılaşma meydan sahibləri üçün uğurlu başlayıb. Artıq 4-cü dəqiqədə hesab açılıb. Əyyub Allaş dəqiq zərbə ilə topu qapıdan keçirib. Birinci hissənin son dəqiqəsində “Omoniya” hesabı bərabərləşdirib. 

İkinci hissə qonaqlar üçün daha yaxşı başlayıb. İlk qolun müəllifi Romaz Bezus ikinci dəfə fərqlənib. Ukraynalı hücumçu 80-ci dəqiqədə penalti zərbəsi ilə “het-trik”ə imza atıb. Düzdür, “Qəbələ” bunadək Allaşın sayəsində “status-kvo”ni bərpa edə bilmişdi. Amma Elmar Baxşıyevin yetirmələrinin bundan artığına gücü çatmayıb və 2:3 hesablı məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, cavab matçı avqustun 3-də Nikosiyada keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
27 iyul
20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) - 2:3
Qollar:
Ə.Allaş, 4; 62 – Bezus, 45+1; 50; 80 (pen.)
Baş hakim: Andrey Kivuleta (Rumıniya)
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 28. Murad Musayev, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 99. Ahmed Ayzaya, 7. Emin Səfərov, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 20. Bilel Auaşeriya, 24. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
“Omoniya”: 40. Fabiano, 22. Adam Lanq, 6. Markinyos, 5. Senu Kulibali, 3. Adam Matteus, 8. Moreto Kassama, 31. İoannis Kusulos (k), 7. Villi Semedo, 90. Roman Bezus, 10. Loyzoz Loyzu, 18. Kərim Ansarifərid.
Ehtiyat oyunçular: 1. Konstantinos Panayi, 23. Fransiz Uzoho, 9. Andronikos Kakulli, 17. Yan Leçyaks, 19. Fuad Başiru, 20. Panayotis Zakariu, 21. Veliko Simiç, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralambos Çaralampus, 82. Nikolas Kiriakidis, 87. Konstantinos Panteli.
Baş məşqçi: Sofronis Avqusti.
Qəbələ. Şəhər stadionu. 
 

0