Ancelkoviç: “Neftçi” böyük klubdur, Bakıda komandada oynayacağımı zaman göstərəcək” - MÜSAHİBƏ
17.06.2023 - 11:42
Ancelkoviç: “Neftçi” böyük klubdur, Bakıda komandada oynayacağımı zaman göstərəcək” - MÜSAHİBƏ

“Zirə”in sabiq futbolçusu Nemanya Ancelkoviçin apasport.az saytına müsahibəsi 

- Artıq “Zirə”dən ayrılmısınız?
- Bəli, hazırda azad agentəm. “Zirə” ilə müqavilə müddətim başa çatdı. Müqavilə müddətinin uzadılması haqda danışmadıq.

- Sənə yeni müqavilə təklif olunmadı?
- Xeyr, düzü, şərtlər haqda danışmamışıq. Amma mənə zəng etdilər və dedilər ki, məni istəyirlər. Lakin hələ də heç nə danışmamışıq.

- “Zirə”dən qışda bir dəfə ayrılmışdınız. Amma sonradan komandaya qayıtdınız. Niyə belə oldu? “Kuban”la müqavilə imzalamadığınız üçün “Zirə”yə qayıtdınız? Hər halda, Rəşad Sadıqov sizi anlayışla qarşıladı...
- “Kuban”la müqavilə bağlamışdım. Lakin oyunçuların qeydiyyatında problemlər yarandı və “Zirə”yə qayıtmaq qərarına gəldim. Bu həm mənə, həm də komandaya xeyirli oldu.

- “Zirə”də keçirdiyin üç ili necə dəyərləndirirsən? 
- “Zirə”də çox gözəl vaxt keçirdim. Özümü evdəki kimi gözəl və rahat hiss etdim. Təbii ki, hər üç ilin uğurlu keçdiyini düşünürəm. Ən böyük peşmanlığım odur ki, keçən il kuboku qazana bilmədik.

- Bir müddət əvvəl “Neftçi”yə transfer olunacağınız deyilirdi. Belə söhbət olmuşdu?
- Bu barədə danışmaq istəməzdim. Çünki o vaxtı “Zirə”nin oyunçusu idim. Amma mənim üçün “Neftçi” böyük klubdur. Böyük tarixə malik böyük bir addır.

- “Zirə” niyə avrokuboklara vəsiqə qazana bilmədi? Sizə nə mane oldu?
- Bu il şanslı olduğumuzu düşünmürəm. Çox oyun oldu ki, ucuz qollar buraxdıq, uduzduq.

- Yeni mövsümdən sizi Azərbaycan Premyer Liqasında görəcəyik? Yoxsa başqa ölkədə oynayacaqsan? 
- Yeni klubum haqqında əvvəlcədən danışmaq istəmirəm. Amma dəqiq onu bilirəm ki, Bakıda özümü yaxşı hiss edirəm. Hansı komandada oynayacağımı isə zaman göstərəcək.

0