Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib - 2:1.
Apasport.az xəbər verir ki, matçdan sonra Muxtar Respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
"Bu gün oyunumuz pis alınmadı. Yaxşı imkanlarımız oldu qol vurmaq üçün. Biz bunlardan istifadə edə bilmədik və məğlub olduq. Səhvlərimizdən yararlandılar. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq və nəzarəti ələ ala bildik. Matçda qalib gəlmək üçün ölməlisən. Qələbə qazanmaq üçün bütün futbolçular oyuna can qoymalıdır. Ancaq bizdə bunu bəzi futbolçular etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir. Bəzi oyunçulara görə digərləri əziyyət çəkdilər".
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək