Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan" - "Zirə" matçından (3:2) sonra ev sahiblərinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib:
“Qalib gəlmək xoşdur. Bunun üçün çox çalışdıq və nail olduq. “Zirə” yaxşı komandadır və nə istədiyini bilir. Onlarda məşqçi işi görünür. Layiqli qələbə qazandıq, komandamı təbrik edirəm. Təəssüf ki, bəzi xırda səhvlərimiz də oldu. Rəqib bundan yararlanıb, qollar vura bildi. Daha yaxşı oynamaq üçün sadə vəziyyətlərdə topu rəqibə vermək olmaz. Son dəqiqədə qapıçımız penaltini dəf etdi. Oyun heç-heçə də ola bilərdi".
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ