“İlk gündən hər şey yaxşıdır”.
Apasport.az saytının məlumatına görə, bunu Estoniya millisinin futbolçusu Henri Anier deyib.
33 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransında görüş haqda fikirlərini açıqlayıb: “Hazırda əhval-ruhiyyəmiz də yaxşıdır. Səbirsizliklə Azərbaycanla oyunu gözləyirik. Çətin matç olacaq. Amma sabahkı qarşılaşmada qələbə qazanmaq istəyirik. Rəqibin zəif və güclü tərəflərini analiz etmişik. Bütün gücümüzü meydanda qoyacağıq ki, Azərbaycan millisinin boşluqlarından istifadə edək”.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı “Dalğa Arena”da keçiriləcək başlayacaq.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama