APA “Xatirə kuboku”nda yarımfinala yüksəldi
03.06.2023 - 17:33
APA “Xatirə kuboku”nda yarımfinala yüksəldi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan futzal üzrə “Xatirə kuboku”nda 1/4 final mərhələsinin oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, SƏS” Media Qrupunun təşəbbüsü ilə KİV arasında keçirilən yarışda APA Group komandası da uğurlu çıxışını davam etdirib.

Qrup mərhələsində ardıcıl üç qələbə qazanaraq 100 faizlik nəticə göstərən təmsilçilərimiz yarımfinala vəsiqə uğrunda görüşdə “AzərTAC”la qarşılaşıb. 5:2 hesabı ilə qalib gələn APA yarımfinala yüksəlib.

1/4 final
12:00. APA Group - AzərTAC  - 5:2
13:00. AzTV – “Yeni Müsavat” - 7:0
14:00. ATV - “Teleqraf” MQ - 7:5
15:00. “Futbol+ qəzeti – ARBTV - 1:2

Bu matçlardan sonra sabah keçiriləcək yarımfinalın cütləri də bəlli olub. APA-nın komandası finala vəsiqə üçün ATV ilə mübarizə aparacaq.

1. APA Group - ATV
2. AzTV- ARB TV

Cütlüklərin qalibləri iyunun 10-da “Xatirə kuboku”nda I yer uğrunda, məğlub komandalar isə III yer uğrunda mübarizə aparacaqlar.

0