Aqil Məmmədovun durumuna aydınlıq gəldi
02.07.2023 - 15:04
Aqil Məmmədovun durumuna aydınlıq gəldi

“Matç TV Kuboku”nda “Zenit”lə görüşdə zədələnən Aqil Məmmədovun vəziyyəti ciddi deyil.

Apasport.az saytı xəbər verir ki, bu barədə klubun həkimi məlumat verib.

Oyuna sonradan daxil olan qapıçı zədə üzündən 90-cı dəqiqədə meydanı tərk etdib. İlkin müayinədən sonra Məmmədovun bir neçə gün komandanın məşqlərində iştirak etməyəcəyi bildirilib: “Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.

Qeyd edək ki, “Neftçi” “Zenit”lə oyunda 1:3 hesabı ilə uduzub.
 

0