Aqil Nəbiyevin yetirmələrindən növbəti qələbə
20.08.2025 - 01:24
Aqil Nəbiyevin yetirmələrindən növbəti qələbə

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə qolunu 65-ci dəqiqədə Onur Əliyev vurub.