"Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
04.12.2025 - 10:53
"Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" (Portuqaliya) ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Apasport.az Futzal Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jan Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valero Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleksanderson Teyşeyra

Qeyd edək ki, görüş dekabrın 5-də Lissabondakı "Pavilhao Fidelidade", saat 21:30-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.