"Araz-Naxçıvan" "Səbail"i məğlub etdi
11.01.2025 - 17:24

Misli Premyer Liqasının klublarının iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan” “Səbail”lə qarşılaşıb.
Görüş “Azərsun Arena”da baş tutub. Hər kəs üçün qapalı keçən matçda Naxçıvan təmsilçisi "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.
Paytaxt təmsilçisinin qolunu Madi Queta vurub. "Araz-Naxçıvan"da isə Bernardo Dias və Miço Kuzmanoviç fərqlənib.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsinə ikinci, “Səbail” sonuncu pillədə yollanıb.
Yoxlama oyunu
11 yanvar
“Araz-Naxçıvan” – “Səbail” - 2:1
“Azərsun Arena”
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
1
0