“Araz-Naxçıvan” “Yuventus”un sabiq qapıçısı ilə danışıqlara başladı
08.08.2023 - 17:29
“Araz-Naxçıvan” “Yuventus”un sabiq qapıçısı ilə danışıqlara başladı

“Araz-Naxçıvan” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Semir Bukviçin yerinə daha güclü qolkiper gətirmək istəyir.

Premyer Liqa klubu ilk turun “Turan Tovuz”la (0:3) matçından sonra belə qərar verib. Bukviçin zəif oyunundan narazı qalan “Araz-Naxçıvan” “Yuventus”un sabiq qolkiperi Laurentsiu Konstantin Branesku ilə danışıqlar aparır. 

29 yaşlı futbolçu hazırda klubsuzdur. Maliyyə məsələlərində razılıq əldə edilsə, qapıçı Azərbaycana gəlməyə müsbət yanaşır.

Qeyd edək ki, Branesku “Yuve Stabiya”, “Haladaş”, “Omoniya”, “Dinamo” (Buxarest), “Qoritsa”, “Jalgiris”, “Kilmarnok”, “Politexnika Yaşi”, “Farul Konstanta”, “Universitatya” (Kluj), “Atromitos” klublarında çıxış edib.

0