
“Araz-Naxçıvan” itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Misli Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılaşacaq Muxtar Respublika təmsilçisi iki futbolçusunun xidmətindən məhrumdur. “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, həmçinin məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 3-də, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB