“Araz Naxçıvan”da konqolu hücumçu
29.07.2023 - 17:56
“Araz Naxçıvan”da konqolu hücumçu

“Araz Naxçıvan” növbəti transferini gerçəkləşdirib. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Elvis Maşike Sukisa ilə anlaşıb. 

Naxçıvan klubu 29 yaşlı hücumçu ilə bir illik müqavilə imzalayacaq. Konqolu forvardın son komandası Malta təmsilçisi “Hamrun Spartans” olub. Bu klubla müqaviləsi başa çatan Sukisa “Araz Naxçıvan”a azad agent kimi keçib.

Qeyd edək ki, hücumçu karyerası ərzində “Sered”, “Slovan” (Liberets), “Viktoriya” (Jijkov) və “Jilina”da forma geyinib.
 

0