“Araz-Naxçıvan”da konqolu legioner
02.08.2023 - 15:50
“Araz-Naxçıvan”da konqolu legioner

“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Naxçıvanlılar Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb. Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi tibbi müayinədən keçib və komandaya qoşulub. 

Qeyd edək ki, mərkəz hücumçusu kimi də çıxış edən Elvisin son klubu Maltanın “Hamrun Spartans” olub. O, bunadək “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

0