"Araz-Naxçıvan”da qanalı yarımmüdafiəçi
28.07.2023 - 09:55
"Araz-Naxçıvan”da qanalı yarımmüdafiəçi

"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Naxçıvan klubu Mohammed Kadiri ilə 1 illik müqavilə imzalayıb. Bir neçə gündür komandanın düşərgəsində olan 27 yaşlı qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. 

Qeyd edək ki, afrikalı futbolçu karyerası ərzində Avstriyada “Austriya”, Rusiyada “Arsenal”, Ukraynada Kiyev “Dinamo”su və “Çernomorets”, Macarıstanda “Honved”in şərəfini qoruyub.

0