“Araz-Naxçıvan”da təyinat
12.07.2023 - 17:18
Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov “Araz-Naxçıvan” PFK-nın icraçı direktoru təyin olunub. Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı” klublarında, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan futbol funksioneri kollektivə təqdim olunub.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm I divizionda çempion adını qazanıb və Premyer Liqaya yüksəlib.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
1
0