
“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos bir çox klubun maraq dairəsinə düşüb.
Apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçunun “Aris” (Saloniki) və “Omoniya”ya qarşı oyunlardakı çıxışı Yunanıstan və Kipr klublarının diqqətini cəlb edib.
Belə ki, “Aris” (Limassol) Santosun transferində maraqlıdır. Kipr çempionatının iddialı klublarından biri olan Limassol təmsilçisi braziliyalını ya qış fasiləsində, ya da ən gec mövsümün sonunda heyətinə qatmaq istəyir.
28 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. O, 2024-cü ilin iyul ayından Naxçıvan klubunun formasını geyinir.
Qeyd edək ki, Santos karyerası ərzində Braziliyanın “Palmeyras”, Sloveniyanın “Ankaran” və “Maribor”, Azərbaycanın “Şamaxı” və “Qəbələ”, eləcə də İsrailin “Hapoel” (Hayfa) komandalarında çıxış edib.
- III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci yerdədir
- Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq”
- Tahir Gözəl: “Qələbəni xalqımıza və şəhidlərimizə həsr edirəm”
- Prezident "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib
- Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq” - VİDEO