Arif Əsədov: "Kəpəz"də irəliləyiş göz önündədir - Açıqlama
26.01.2024 - 22:43
Arif Əsədov: "Kəpəz"də irəliləyiş göz önündədir - Açıqlama

"Çempionluq "Qarabağ"a məxsusdur. Buna məncə, heç kimin şübhəsi yoxdur". 

Bu sözləri apasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

53 yaşlı mütəxəssis açıqlamasında yeni ilin ilk turunu dəyərləndirib:

"Mən 10 komandamızı 3 qrupa bölərdim. 1-ci çempionluq, 2-ci UEFA zonası, sonuncu isə premiyer liqada qalmaq uğrunda mübarizə aparan klublar. İlk pillə - yəni, çempionluq təbii ki, "Qarabağ"a məxsusdur. Buna məncə, heç kimin şübhəsi yoxdur. 

II-IV yerlər üçün daha gərgin mübarizə gedir. Bura 6 komandanı daxil etmək olar. Hansı ki, şansları bərabərdir. Nəhayət, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan qrupa isə, "Kəpəz" , "Qəbələ" və "Turan Tovuz" aiddir. Düzdür, "Turan"ın o zonadan çıxmaq şansı var, amma hazırda çətin vəziyyətdədirlər".


Əsədov qeyd edib ki, fasilə zamanı komandaların hazırlıqları demək olar ki, bərabər səviyyədə keçib:

"Növbəti turlarda biz daha da əmin olacağıq ki, komandalar qış fasiləsini necə dəyərləndiriblər. Hələ ki, qiymətləndirmək düzgün olmaz. Fikir yürütsək, deyə bilərik ki, I tur bərabər səviyyədə keçdi. Təbii ki, "Qarabağ" açıq-aşkar "Araz"dan üstündür. Digər komandalar arasında olan matçların əsasında onu demək olar ki, aşağı-yuxarı hazırlıqlar bərabərdir".


Təcrübəli mütəxəssisin sözlərinə görə "Kəpəz"ə yeni baş məşqçinin rəhbərliyi altında böyük ümid bəsləmək olar:

"Kəpəz"in baş məşqçi dəyişikliyindən sonra qat-qat irəli getməsi göz önündədir. Əlbəttə ki, davamını gətirmək lazımdır".

İradə Hatəmi

0